Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azeronline” internet provayderi “PayPoint” ödəmə sisteminə qoşuldu


Artıq “Azeronline” internet provayderinin müştəriləri “PayPoint” ödəmə sistemi vasitəsilə öz balanslarını artırmaq və borclarını ödəmək imkanı əldə ediblər. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə “Synergy”  şirkətindən məlumat verilib. Müştərilərə 400-dən artıq özünəxidmət ödəmə köşkü və 1000-dən artıq ödəmə nöqtəsi xidmət edəcək.

Ödənişi həyata keçirmək üçün “PayPoint” köşkünün displeyində “İnternet” bölməsinə daxil olmaq, “Azeronline” provayderini seçmək, istifadəçi adını göstərmək və zəruri miqdarda pul yükləmək lazımdır. Göstərilən nömrə şəbəkədə yoxlanışdan keçəcək və müvəffəqiyyətli ödənişdən bir neçə saniyə sonra müvafiq qəbz veriləcək.

Qeyd edək ki, “PayPoint” “Komtec” şirkətinin xidmət brendidir. “PayPoint” şəbəkəsinin əsas məqsədi əhaliyə ani, rahat və keyfiyyətli ödəmə xidmətləri üçün platforma təmin etməkdir. “PayPoint” vasitəsilə vətəndaşlar mobil və sabit telefon, kommunal, internet və kabel televiziyası xidmətləri üzrə borclarını ödəyə bilirlər. Hal-hazırda bu şəbəkəyə 30-a yaxın Kütləvi Xidmət Müəssisəsi qoşulub.

CAHANGİR
 





01/05/12    Çap et