Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycandan “Google” şirkətinə xəbərdarlıq


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Google Maps"da Bakının Neftçilər prospektinin erməni dilində göstərilməsi ilə bağlı şirkətə və Azərbaycan Xarici İşlər Nazirliyinə müraciət edib.

Belə ki, Azərbaycan Xarici İşlər Nazirliyi müvafiq diplomatik missiyalara "Google Maps"da bu nöqsanı araşdırmaq üçün müvafiq tapşırıq verib.Bu barədə  Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.

 O, diplomatik missiyaların bununla bağlı araşdırmalar apardığını bildirib: "Biz müvafiq addımlar atmışıq və vətəndaşları da həmrəylik nümayiş etdirməyə, belə hallarla üzləşdikdə həmin saytlara məktub göndərməyə, müraciət etməyə çağırırıq ki, o resurslar Azərbaycan toponimlərini düzgün yazsınlar, təhrif etməsinlər. Ermənilərin təxribat xarakterli bu cür addımlarının qarşısı alınmalıdır".
 

GÜLNAR





01/05/12    Çap et