Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Eurovision 2012”-yə dəstək üçün yaradılan “Step İn” təşəbbüs qrupunun izləyicilərinin sayı 20 mini ötüb


"Eurovision 2012"-yə dəstək naminə yaradılan "Step İn" təşəbbüs qrupunun "Facebook" sosial şəbəkəsində rəsmi səhifəsinin üzvlərinin sayı 20 gün ərzində 20 mini ötüb.

Qrupun "Facebook" sosial şəbəkəsində olan səhifəsi gənclərlə fəal ünsiyyətdə olmaq, onların ideyalarını, təkliflərini dəyərləndirmək, həmçinin təşkil olunan aksiyaları gənclərin nəzərinə çatdırmaq məqsədilə yaradılıb.

Səhifə vasitəsilə gənclərə "Eurovision 2012"-yə gənclərin dəstəyini özündə əks etdirən aksiyalar haqqında məlumat verilir, həmçinin müxtəlif müsabiqələr həyata keçirilməklə gənclərin fəallaşması və təşəbbüs göstərərək qiymətli hədiyyələrə sahib olması üçün imkan yaradılır.

Qeyd edək ki, artıq qrup səhifəsində "Step İn Live" videoçarx müsabiqəsi gənclərə təqdim edilib və sözügedən tədbirlər gənclər tərəfindən böyük maraqla qarşılanıb.
 
GÜLNAR




01/05/12    Çap et