Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“App Store” internet mağazasında satılan proqramların həcmi artıb


“Apple” “App Store iPod”, “iPad” və “iPhone” üçün 15 milyarddan çox proqram satıb. “App Store” internet mağazası 2008-ci ildən mövcuddur. İndi mağaza vasitəsilə təxminən 425 min proqram satılır, həm də onlardan 100 mini xüsusi olaraq “iPad” üçün hazırlanıb. “Apple” şirkəti bildirib ki, hal-hazırda o, yaradıcılara 2,5 milyard dollardan çox məbləğ ödəyib. 3 il ərzində dünyanın 90 ölkəsindən 200 milyondan çox insan mağazadan istifadə edib.
İnternet-mağaza10 milyard yükləmə sərhədini 2011-ci ilin yanvar ayında keçmişdi. O zaman "yubiley" proqramı yükləmiş istifadəçi “iTunes” mağazası üçün “Apple”dən 10 min dollarlıq hədiyyə sertifikatı almışdı. 15 milyardıncı proqramı yükləmiş istifadəçiyə “Apple”ın nə isə verdiyi məlum deyil.




08/07/11    Çap et