Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Artıq onlayn rejimdə qaz sayğaclarının smart-kartlarını yükləmək mümkündür


"Goldenpay" şirkəti qazdan istifadə üçün ödənişin edilməsi məqsədilə smart-kartları onlayn rejimdə yükləmək üçün kart-riderlərin reallaşdırılmasına başlayıb.

Kart-riderlərini "goldenshop.az" onlayn mağazasında əldə etmək mümkündür. Qurğunun çatdırılması pulsuz, qiyməti isə 30 manatdır.
Smart-kartları yükləmək üçün "Java" yükləmək və drayverin surətini  C sərt diskin "Windows" qovluğunda çıxartmaq lazımdır.

Xatırladaq ki, smart-kartların yüklənməsi, həmçinin "Paypoint" özünəxidmət terminalları və Azərbaycan banklarının bütün filiallarında mümkündür.
 


GÜLNAR




01/05/12    Çap et