Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İranın sənaye obyektlərinə hakerlər hücum edib


İranın dövlət sektoruna və sənaye obyektlərinə yeni haker hücumları edilib. "İCTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, İranın Neft Nazirliyi təxminən 1 həftə əvvəl məlumat vermişdi ki, şirkətin bir neçə neft zavodunu onlara edilən güclü haker hücumlarına görə qlobal şəbəkədən ayırıblar.

İranın "Mehr" xəbər agentliyi çərşənbə axşamı İran polisinin direktoru İsmayıl Əhmədi-Mokaddamanın sözlərinə istinadən məlumat verib ki, digər nazirliklər də haker hücumlarına məruz qalıb.

"Biz İranın informasiya texnologiyaları və kommunikasiya Nazirliyi, Daxili İşlər Nazirliyi, kəşfiyyat strukturları ilə əməkdaşlıq çərçivəsində bu hadisəni araşdırırıq və haker hücumlarının təşkilatçılarını, həmçinin onların hədəflərini müəyyən etməyə çalışırıq" - İranın yüksəkvəzifəli məmuru bildirib.



EMİL




02/05/12    Çap et