Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

AQUPDK-nin saytı yeniləndi


Avropa Birliyinin maliyyə dəstəyi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) rəsmi internet səhifəsinin (http://www.scfwca.gov.az/) yenilənmiş versiyası fəaliyyətə başlayıb. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə komitənin mətbuat xidmətindən məlumat verilib. Sayt “komitə haqqında”, “qanunvericilik”, “beynəlxalq əməkdaşlıq”, “statistika” və “aktual suallar” əsas bölmələrindən ibarətdir.

Bundan əlavə, internet səhifəsində “mətbuat”, “layihələr”, “elektron kitabxana” guşələri və komitənin nəzdindəki Uşaq və ailələrə dəstək mərkəzləri haqqında məlumatların yer aldığı interaktiv xəritə yerləşdirilib. Həmçinin sayt vasitəsilə elanlar, elektron xidmətlər və AQUPDK-nin məsul şəxslərinin qəbul günləri haqqında informasiya almaq mümkündür.

İnternet səhifəsinin üstünlüklərindən biri  “Google”-da və saytda ümumi axtarış bölmələrindən əlavə, hazırlanan sadə axtarış bölməsi vasitəsilə saytdakı məlumatların asanlıqla əldə olunmasıdır.
Qeyd edək ki, sayt Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində də fəaliyyət göstərir.



CAHANGİR
 





02/05/12    Çap et