Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Azerbaijans.com”-un radiosu fəaliyyətə başladı


Bundan sonra istifadəçilər “azerbaijans.com” saytından Azərbaycanın muğam, xalq, estrada, instrumental musiqilərini, aşıq havalarını, milli caz ifalarını, “Eurovision”, türk və xarici estrada nümunələrini dinləyə biləcəklər. Belə ki, bu günlərdə daha bir uğurlu yenilənməyə imza atan saytın radiosu fəaliyyətə başlayıb.

Bu barədə “İCTnews” elektron xəbər xidmətinə saytın redaksiyasından məlumat verilib. Mənbənin bildirdiyinə görə, radio (http://radio.azerbaijans.com) 24 saat efirdə olacaq. Radio istifadəçilərinin rahatlığı üçün sayta müxtəlif  pleyerlər də yerləşdirilib.






 
HƏQİQƏT






02/05/12    Çap et