Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qaxda internet istifadəçilərinin sayı üç dəfə artıb


Qax rayon Telekommunikasiya Qovşağı bütün kənd ərazilərində sürətli internet yayımını təmin etmək üçün uzunluğu 135 km olan kabel xəttinin 51 km-nin çəkilişlərini başa çatdırıb.

Qax rayon İcra Hakimiyyətindən verilən məlumata əsasən, aparılan araşdırma və telekommunikasiya qovşağına daxil olan müraciətlər göstərir ki, kəndlərdə genişzolaqlı internetdən istifadə edənlərin sayı durmadan artmaqdadır.Hazırda qovşağa daxil olan müraciətlərin əksəri də kənd sakinlərindəndir.

İcra Hakimiyyətindən onu da bildiriblər ki, son üç ayda rayonda sürətli internet abunəçilərinin sayı 367 nəfər artaraq 1260 nəfərə çatdırılıb.
 




03/05/12    Çap et