Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Coğrafi informasiya texnologiyaları və kosmik monitorinq” mövzusunda gənc alimlərin IV konfransı keçiriləcək


6-8 sentyabr 2011-ci il tarixdə Novorossiysk şəhərində (Rusiya) gənc alimlərin “Coğrafi informasiya texnologiyaları və kosmik monitorinq” mövzusunda IV konfransı keçiriləcək. Konfransda aparıcı ali təhsil və elmi-tədqiqat müəssisələrində geoinformasiya modelləşdirməsi, təsvirlərin xüsusiləşdirilmiş emalı və analizi sistemlərinin, Yerin distansion zondlama metodlarının yaradılması və tətbiqi sahəsi üzrə çalışan aparıcı alim və mütəxəssislər, eləcə də doktorantlar iştirak edəcəklər.
Rusiya Təhsil və Elm Nazirliyi, Rusiya Fundamental Tədqiqatlar Fondu, Rusiya Elmlər Akademiyasının Cənubi Elm Mərkəzi, Cənubi Federal Universitet, Mexanika və Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə keçiriləcək tədbir çərçivəsində “Kosmik texnologiyalar və geoportallar” istiqaməti üzrə master-klaslar da təşkil ediləcək. Ən yaxşı məruzələr Ali Attestasiya Komissiyasının siyahısına daxil olan jurnallarda dərc ediləcək.




08/07/11    Çap et