Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tibb müəssisələri barədə məlumatı internetdən öyrənmək mümkün olacaq


Səhiyyə Nazirliyində tibb müəssisələri barədə elektron məlumat soraqçası hazırlanıb. Məqsəd respublika üzrə tibb müəssisələri haqqında ətraflı məlumatın (ünvan, telefon, profil, iş rejimi və s.) vətəndaşlara çatdırılmasıdır. Bu barədə “İCTnews” elektron xəbər xidmətinə sözügedən Səhiyyə Nazirliyində Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən məlumat verilib.

Mərkəzdən bildirilib ki, soraqçanın hazırlanması “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” respublika prezidentinin 2011-ci il 23 may tarixli fərmanına əsasən həyata keçirilib: ”Elektron xidmətin icraçısı Səhiyyənin İnformasiyalaşdırılması
Mərkəzidir.

Bu sahədə göstərilən elektron xidmət tam avtomatlaşdırılıb. Elektron xidmətin icra müddəti dərhaldır. Bu xidmət sayəsində vətəndaşların hər hansı tibbi müəssisə haqqında məlumatı elektron şəkildə tez bir zamanda əldə etmək imkanı yaranıb”. İnformativ növdə olan bu elektron xidmət ödənişsiz həyata keçirilir və hər kəs bundan istifadə edə bilər.

Mərkəzdən bildirilib ki, bu sahədə elektron xidmət “e sehiyye.gov.az/tibbmuessiseleri” internet ünvanı üzərindən təqdim edilir: ”Elektron xidmətin göstərilməsi üçün heç bir sənəd tələb olunmur. Xidmət istifadəçilər üçün daim açıqdır və istifadəsində hər hansı qaydada məhdudiyyət yoxdur. Xidmətin yerinə yetirilməsinə nəzarəti Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi həyata keçirir. Xidmətin göstərilməsi ilə bağlı yaranan hər hansı anlaşılmazlığın aradan qaldırılması və ya metodiki dəstəyin göstərilməsi üçün də mərkəzə müraciət oluna bilər”.
 
HƏQİQƏT






04/05/12    Çap et