Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Poçt şöbələrinin yeni binaları istifadəyə verilir


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərpoçt”  MMC tərəfindən yeni poçt obyektləri istifadəyə veriləcək.

Belə ki, mayın 5-də Bakıda üç, Hövsan kəndi və Şıxlar qəsəbəsi ərazisində, eləcə də Masallı rayonu Qəriblər kəndində poçt şöbələrinin yeni tikilmiş binalarının açılışı planlaşdırılır.

Müasir üslubda tikilən yeni binalar lazımi texniki avadanlıqlarla və mebellə təmin olunub.
Bundan əlavə, şənbə günü respublika ərazisindəki poçt şöbələrində iməcliklər keçiriləcək, səliqə-sahman işləri aparılacaq. 





05/05/12    Çap et