Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda Türkiyə universitetlərinə qəbul üçün onlayn-imtahan keçiriləcək


Türkiyənin beş müxtəlif universitetinə qəbul məqsədi ilə Bakıda onlayn rejimində mərkəzləşdirilmiş qaydada imtahan təşkil olunacaq.

Türkiyənin “sondakika.com” portalının verdiyi məlumata görə, Azərbaycan, Albaniya, Bosniya-Herseqovina, Şimali Kipr, Qazaxıstan, Qırğızıstan və daha bir neçə ölkədəki 23 mərkəzdə keçiriləcək imtahan mayın 27-si saat 10:00-da başlayacaq.

İmtahandan uğurla keçən iddialılar Samsun, Ədirnə, Ərzurum, Hatay və Diyarbəkir universitetlərində təhsil almaq hüququ qazanacaqlar - bu barədə On Doqquz May Universitetinin rektoru, professor Hüseyin Akan məlumat verib.

Məlumata görə, qeyd olunan imtahanda iştirak etmək üçün xarici ölkələrdən artıq 1000-dən artıq ərizə qəbul olunub. Ərizələrin qəbulu bu həftənin sonuna qədər davam edəcək.

GÜLNAR




05/05/12    Çap et