Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şuşanın dünya elminə verdiyi töhfələr virtual aləmin istifadəçilərinə çatdırılacaq


Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyasi Təşkilatının (AGAİT) təşəbbüsü ilə yaradılan "Azıx" Virtual Gənclər Qrupunun iclası keçirilib.

İclasda "Azıx" Gənclər Qrupunun texniki məsələləri və növbəti tədbirləri müzakirə olunub.
AGAİT-ın mətbuat katibliyindən  verilən məlumata görə, virtual qrupun loqosu, bloqu və əsasnaməsi barədə fikir mübadiləsi aparılıb.

Qrupun gələcək fəaliyyət planı çərçivəsində ilkin olaraq 8 may Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı internet-hücumun təşkil edilməsi müəyyənləşib. İnternet-hücum nəinki bütün sosial şəbəkələrə, həm də beynəlxalq təşkilatların elektron ünvanlarına göndəriləcək.

Əsas məqsəd gənclərin Azərbaycanın milli maraqlarının qorunması ilə bağlı təşviqat aparmaq, Şuşanın dünya elminə verdiyi töhfələri virtual aləmin istifadəçilərinə çatdırmaq və gəncləri bu istiqamətdə aktivləşdirməkdir.

GÜLNAR




05/05/12    Çap et