Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Məktəblərdə qələmi klaviatura əvəz edəcək


İndiana ştatında şagirdlər qələm yerinə klaviaturadan istifadə edəcəklər. Belə ki, bu ştatda kağıza qələmlə yazmaq məktəb proqramından çıxarılıb. Amerikanın Təhsil Departamentinin səlahiyyətliləri qələmlə yazmağın artıq əhəmiyyətini itirdiyini bildiriblər: "Artıq şagirdlər vərəq yerinə noutbukdan istifadə edəcəklər. Qələmi isə klaviatura əvəz edəcək. Amma bu, o demək deyil ki, şagirdlər qələmi evdə qoyub noutbuk gəzdirəcəklər. İnkişafa meyilli bu davranış məktəb tərəfindən necə qiymətləndirilsə, o cür də davam edəcək. Yəni şagirdlərin kağız və qələmdən tamamilə imtina edib-etməməsinə məktəb qərar verəcək". Qeyd edək ki, valideynlər noutbukun övladlarına ziyanlı olacağını ifadə edərək qərarla razılaşmadıqlarını diqqətə çatdırıblar.




08/07/11    Çap et