Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook”da daha çox dost tapmaq mümkün olacaq


Dünyanın ən böyük sosial şəbəkəsi olan "Facebook" yeni tanışların axtarılması üçün nəzərdə tutulmuş "Glancee" mobil əlavəsini satın alıb.

Sazişin şərtləri haqqında məlumat verilməyib. Hazırda "Glancee" mobil əlavəsi artıq "Apple App Store" və "Android Play" internet mağazalarından silinib.

"Glancee" startapının 3 həmtəsisçisi "Facebook"da çalışmağa başlayacaq. Qeyd edim ki, "Facebook" sosial şəbəkəsi təxminən 1 ay əvvəl fotolarla mübadilə emək üçün populyar "Instagram" mobil əlavəsini 1 milyard dollara satın alıb. "Facebook" sosial şəbəkəsinin əsası 2004-cü ildə qoyulub.

Hazırda onun auditoriyası 900 milyondan çoxdur.

EMİL




07/05/12    Çap et