Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanlıların sosial şəbəkələrə marağı artıb


Ölkədə sosial şəbəkələrdən istifadə edənlərin sayı durmadan artır. Belə ki, Azərbaycan "Facebook"dan istifadə edənlərin sayına görə 87-ci yerdə qərarlaşıb.

"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, dünya ölkələrinin «Facebook"dan istifadəsinə görə reytinqini müəyyənləşdirən məşhur «Socialbakers.com» saytı bildirir ki, Azərbaycan 2012-ci ilin yanvar ayı ilə müqayisədə 4 pillə irəliləyərək 762640 "Facebook" istifadəçisinə görə 87-ci yerdə qərarlaşıb.

Məlumat üçün bildirək ki, son 6 ay ərzində isə Azərbaycanda "Facebook" istifadəçilərinin sayı 236 mindən çox olub. "Facebook"dan istifadə edənlərin 47 faizi 18-24 yaşlı gənclər, 23 faizi 25-34 yaşlı insanlar, 19 faizi 13-17 yaşlı yeniyetmələr, 8 faizi 35-54, 2 faiz isə 55-65 yaşında olan insanlardır.

Hazırda istifadəçilərin 64 faizi kişi, 36 faizi qadındır. Sayt bildirir ki, "Facebook" istifadəçilərinin sayına görə, ilk onluga ABŞ, Braziliya, İndoneziya, Meksika, Böyük Britaniya, Türkiyə, Filippin, Fransa, Almaniya və digər Avropa ölkələri daxildir.

SEYMUR




07/05/12    Çap et