Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Adobe” şirkətinin yeni “yaradıcılıq” paketi satışa çıxarılıb


"Adobe Systems" mayın 7-də "Creative Suite 6" proqramlar paketinin satışına başlayıb. Bu barədə şirkətin press-relizində bildirilib.

Paketə "Photoshop" qrafik redaktorunun son versiyaları, "InDesign" nəşriyyat sistemi, "İllustrator" vektor qrafik redaktoru, "Dreamweaver" html redaktoru, videonun montaj edilməsi üçün "Adobe Premiere Pro" və multimedia məzmununun yaradılması üçün "Flash Professional" və digər proqramlar daxildir. "

Creative Suite 6" proqramlar paketi 4 versiyada təqdim olunacaq. "Master Collection" versiyasının qiyməti ABŞ-da 2599 dollar təşkil edir və 16 proqramdan ibarətdir.

"Production Premium" və "Design & Web Premium" versiyalarının qiyməti 1899 dollar, cəmi 4 proqramdan ibarət olan "Design Standard" versiyasının qiyməti isə 1299 dollar təşkil edəcək.

EMİL




07/05/12    Çap et