Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft” əlavələr mağazasını bağlayır


“Microsoft” şirkətinin əməkdaşları “Windows Mobile” əməliyyat sistemi ilə işləyən mobil qurğular üçün əlavələr mağazasının dəstəklənməsini dayandırmağa qərar veriblər. Beləliklə, 2012-ci il  mayın 17-dən etibarən “Windows Mobile Marketplace” resursu istifadəçilərə əlçatan olmayacaq.

“Microsoft” korporasiyasının  əməkdaşları qeyd ediblər ki, bu və ya digər əlavənin yeni versiyasının çıxması halında, o, avtomatik olaraq  yenilənəcək, lakin “Windows Mobile” mobil platforması üçün yeni əlavələri rəsmi mağazadan yükləmək mayın 17-dən etibarən mümkün olmayacaq.






 
EMİL





08/05/12    Çap et