Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“.az” domen zonasında 14200 domen adı qeydiyyatdan keçib


Azərbaycanın yuxarı səviyyəli milli domen zonasında (.az) qeydiyyatdan  keçən domenlərin sayı artmağa davam edir.

"İCTnews" elektron xəbər xidməti "Whois.az" saytına istinadən xəbər verir ki, 2012-ci il mayın 8-də ".az" domen zonasında artıq 14200 domen adı qeydiyyatdan keçib. Müqayisə üçün qeyd edim ki, martın 5-də ".az" domen zonasında 13659 domen adı qeydiyyatdan keçmişdi.

İlin əvvəlindən ləğv olunan domenlərin sayı 985, qeydiyyata düşən domenlərin sayı isə 2066-ya bərabərdir.
Domenlərin böyük əksəriyyəti ".az" (13130) domeninin payına düşür. Həmçinin 619 ədəd ".com.az" domeni qeydiyyatdan keçib.





Sonrakı yerlər aşağıdakı kimidir:



  1. ".pro.az"            4
  2. ".name.az"         5
  3. ".biz.az"         14
  4. ".info.az"           20
  5. ".co.az"         32
  6. ".pp.az"         42
  7. ".int.az"         44
  8. ".net.az"         55
  9. ".org.az"            89
  10. ".edu.az"           140
 
".mil.az", ".samux.az", ".zaqatala.az", ".ganja.az", ".shamaxi.az" və ".imishli.az" zonalarının hər birində isə cəmi 1 domen adı qeydiyyatdan keçib.

Məlumat üçün bildirim ki, internetdə Adlar və Nömrələr üzrə Qeydiyyat Korporasiyası (Internet Corporation For Assigned Names and Numbers, ICANN) 1993-cü il avqust ayının 25-də ".az" domen zonasının Azərbaycana verilməsi haqqında qərar qəbul edib.
 
EMİL





08/05/12    Çap et