Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Aztelekom" İB-də veteran rabitəçilərlə görüş keçirilib


"Aztelekom" İB-nin "Konfrans zalı"nda veteran rabitəçilərlə görüş keçirilib. 9 may - Faşizm üzərində qələbənin 67-ci ildönümünə həsr olunmuş görüşdə veteran rabitəçilərin bayramını nazir müavini Elmir Vəlizadə təbrik edib.

Veteran rabitəçilər adından çıxış edənlər göstərilən qayğıya görə ölkə rəhbərliyinə, eləcə də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə öz minnətdarlıqlarını bildiriblər. Sonda veteranlara bayram mükafatları verilib.




08/05/12    Çap et