Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ölkəmiz ÜPİ və RRB-nin birgə təşkil etdiyi seminarda təmsil olunacaq


  26-27 iyun 2012-ci il tarixlərində Qırğızıstanın paytaxtı Bişkek şəhərində  Ümumdünya Poçt İttifaqının (ÜPİ) Avropa və MDB ölkələri üzrə regional strateji layihəsinin inkişaf planına uyğun olaraq Regional Rabitə Birliyi (RRB) ilə birgə seminarı keçiriləcək.

”Azərpoçt”MMC-dən verilən məlumata görə, seminar çərçivəsində RRB-nin poçt rabitəsi üzrə komissiyasının və Poçt operatorları şurasının birgə iclası da baş tutacaq. Məlumatda bildirilir ki, bu mötəbər tədbirdə ölkəmizi müəssisənin nümayəndələri təmsil edəcək.






 
RƏVAN






10/05/12    Çap et