Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

ETSN elektron xidmətlərin sayını artıracaq


Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) əhaliyə təqdim etdiyi elektron xidmətlər üzərində təkmilləşdirmə işləri aparır. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə adıçəkilən nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova  məlumat verib.

O bildirib ki, ETSN elektron xidmətlərin sayını artıra bilər: «Hazırda bu istiqamətdə təkmilləşdirmə və genişləndirmə işləri aparılır. Düşünürəm ki, sürətli işlər nəticəsində nazirlik tərəfindən yaxın zamanlarda elektron xidmətlərə daha 3-4-ü əlavə edilə bilər».








SEYMUR  




10/05/12    Çap et