Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Gələn həftə “Svyaz Ekspokomm 2012” sərgisi baş tutacaq


14-17 may tarixlərində Moskva şəhərində “Svyaz Ekspokomm 2012” sərgisi baş tutacaq. Telekommunikasiya və informasiya texnologiyaları sahəsində Şərqi Avropada ən böyük və ən nüfuzlu tədbir hesab olunan “Svyaz Ekspokomm 2012” 30 ildən artıq müddətdir ki, öz mövqeyini qoruyub saxlamaqdadır.

Nümayiş yalnız rabitə, İT və KİV mütəxəssislərini özündə birləşdirmir, həm də Rusiya yüksək texnologiyalar bazarını tam əks etdirir.

Sərginin ekspozisiyası telekommunikasiya texnologiyaları və şəbəkələri, rabitə operatorlarının xidmətləri, informasiya sistemləri, proqram məhsulları və servisləri, mobil rabitə, məzmun və TV, İT xidmətlər, sistem inteqrasiyası, “WIMAX” və KİV bölmələrini əhatə edir.





11/05/12    Çap et