Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda genişzolaqlı qoşulmaların sayının 40 faiz artacağı gözlənilir


2012-ci ildə Azərbaycanda genişzolaqlı qoşulmaların sayının 40 faiz artacağı gözlənilir. Bu barədə "Delta Telecom" şirkətinin baş direktoru Ramazan Vəliyev "The business year" jurnalına müsahibəsində bildirib.
"Biz Bakıda fiber-optik kabellərin çəkilməsi üzrə genişmiqyaslı layihəni reallaşdırırıq.

Söhbət paytaxtın əksər binalarını əhatə edəcək bir neçə yüz kilometr kabel magistrallarından gedir ki, bu da Bakıda internet istifadəçilərinin sayını artıracaq. Biz bu layihədə internet xidmətləri tədarükçüləri ilə əməkdaşlığı nəzərdən keçiririk. Ümumilikdə belə layihələrin reallaşdırılması, habelə respublika üzrə 3G xidmətlərinin birləşdirilməsi məlumatötürmənin həcmini artıracaq" , - Vəliyev qeyd edib.

Onun sözlərinə görə, şirkətin illik artım tempi 40 faizə yaxın təşkil edir. Şirkət bu tempi növbəti 3-4 ildə saxlamaq niyyətindədir.

Vəliyevin fikrincə, buna sektorun hələ gənc olması kömək edir və sahənin gələcək inkişafında iştirak edən şirkətlər üçün maraqlı imkanlar təqdim edir.





11/05/12    Çap et