Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” sosial şəbəkəsində pullu statuslar mümkün olacaq


Dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” “Highlight” adlı funksiyanı sınaqdan keçirir. Belə ki, bu funksiya sayəsində istifadəçilər statuslarını fərqləndirə biləcəklər.

Bu barədə “Stuff.co.nz” saytı məlumat verib. Yeni Zellandiyada yaşayan istifadəçilərdən biri “Facebook”dan 2 dollar ödəməklə öz postunu "fərqləndirmək" təklifi alıb. Pulu kredit kartı və “PayPal” sistemi vasitəsilə ödəmək olar. Xidmətin nümayəndələri bildiriblər ki, onlar həqiqətən belə funksiyanı sınaqdan keçirirlər. M

əlumat üçün qeyd edim ki, “Facebook” istifadəçilərinin sayı 900 milyonu ötür.

EMİL




12/05/12    Çap et