Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Botnetlər internet üçün əsas təhlükədir


Virusa yoluxdurulmuş kompyuter şəbəkələri – botnetlər hazırda dünya interneti üçün əsas təhlükədir. Belə fikri internetin idarə olunması üzrə Üçüncü Rusiya forumunda rusiyalı və xarici ekspertlər söyləyiblər. Qeyd edim ki, forum bu il informasiya təhlükəsizliyi məsələlərinə həsr edilib.

“İCTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, virusa yoluxdurulmuş kompyuter şəbəkələri vasitəsi ilə, məsələn, spam hücumları, həmçinin “DDoS” hücumlar həyata keçirilir.

Bu hücumlar isə yalnız iri internet resurslarını deyil, həm də "ümumdünya şəbəkəsi”nin bütün seqmentini sıradan çıxarmağa qadirdir. "Bu, interneti sıradan çıxara biləcək yeganə təhlükədir" – “ICANN”-ın vitse-prezidenti Cef Moss belə hesab edir. Onun fikrincə, bu problemə ciddi yanaşmaq lazımdır,   çünki botnetlər nəhəng hücumların təşkil edilməsi üçün istifadə olunur".
 



EMİL





14/05/12    Çap et