Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 8” əməliyyat sistemi ilə işləyən planşetlər noyabrda işıq üzü görəcək


"Windows 8" əməliyyat sistemi və "İntel" şirkətinin istehsalı olan  prosessorlarla işləyəcək planşetlər bazara 2012-ci ilin noyabrında çıxarılacaq.

"İCTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən  bildirir ki, ilk olaraq təxminən 12 müxtəlif qurğu buraxılacaq. Qurğuların bir hissəsi planşet, digər hissəsi isə hibrid (sensor ekranlı noutbuklar) olacaq.

Bütün qurğularda ikinüvəli "İntel Atom" prosessoru istifadə ediləcək. O, 32 nanometr texnoloji proses üzrə hazırlanacaq.






 
EMİL





15/05/12    Çap et