Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni kompyuter alıcıları “Windows 8” əməliyyat sistemini 14.99 dollara əldə edəcək


Əgər siz yeni kompyuter və ya noutbuk satın almaq  istəyir, lakin “Windows” əməliyyat sisteminin yeni versiyasının çıxmasını gözləməyə üstünlük verirsinizsə, o zaman narahat olmağa artıq ehtiyac yoxdur.
 
“Microsoft” korporasiyasının əməkdaşları bildiriblər ki, 2012-ci il iyunun 2-dən sonra kompyuter və ya noutbuk alacaq istifadəçilər  öz qurğusunda quraşdırılmış əməliyyat sistemini cəmi 14.99 dollar ödəməklə “Windows 8 Pro” əməliyyat sistemi ilə əvəz edə  biləcəklər.







 
EMİL





16/05/12    Çap et