Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

103934 abituriyent internetlə “elektron ərizə” doldurub


2012/2013-cü tədris ili üçün ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün internetlə ərizə qəbulu  mayın 16-da  saat 00:00-da başa çatır. 16 may 2012-ci il saat 11:30-a olan məlumata əsasən, 103934  abituriyent internetlə "elektron ərizə" doldurub, lakin onlardan 98741 nəfəri ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirib. Bu barədə "İCTnews" elektron xəbər xidmətinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından məlumat verilib.

TQDK "elektron ərizə"sini müvafiq SQK-da təsdiq etdirməmiş abituriyentlərin nəzərinə çatdırır ki, onlar 18 may 2012-ci il saat 17:00-dək tələb olunan sənədləri təqdim etməklə ərizələrini mütləq təsdiq etdirməlidirlər. Əks halda həmin abituriyentlər qəbul imtahanlarında iştirak edə bilməyəcəklər.
 



HƏQİQƏT





16/05/12    Çap et