Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Stiv Cobs haqqında çəkiləcək filmin üzərində Aaron Sorkin çalışacaq


"Sosial şəbəkə" filminin ssenaristi Aaron Sorkin “Apple” şirkətinin həmtəsisçisi haqqında Uolter Ayzeksonun kitabı əsasında film çəkmək üçün müqavilə imzalayıb. Layihəni “Sony Pictures” şirkəti  reallaşdıracaq.

“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, “Sony Pictures” Direktorlar şurasının həmsədri Emi Paskalın fikrinə görə, Aaron Sorkin Stiv Cobsun tərcümeyi-halının ssenarisi üzərində işləmək üçün ən yaxşı namizəddir.
 






EMİL





16/05/12    Çap et