Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google Maps” internetsiz işləyəcək


“Android” platforması üçün “Google Maps” mobil əlavəsində xəritə ilə oflayn rejimində, yəni internetsiz işləmək imkanı yaradılıb. Hər hansı bir yerə yola düşdükdə istifadəçi əvvəlcədən müvafiq xəritəni portativ qurğusuna yükləyə bilər. Bunun üçün smartfonda “Google Maps” proqramının 5.7 versiyasını açmaq, menyuda “Əlavə” bölməsinə daxil olmaq və buradan “Google Laboratoriyası” düyməsini basmaq lazımdır. Həmçinin “Avtonom istifadə üçün xəritələr” adlı əlavə yüklənilməlidir.
Bundan sonra istifadəçi “Google Maps”da getdiyi yerin xəritəsini seçir və “Xəritəni qurğuya yükləmək” düyməsini basır. Bundan sonra həmin xəritə ilə internetə çıxış olmadan işləmək mümkün olacaq. Belə vəziyyətdə smartfonda yalnız xəritə saxlanılır. Oflayn rejimdə peykdən çəkilmiş şəkillər və binaların genişhəcmli təsvirləri görünmür. Bundan əlavə, xəritə portativ qurğuda məhz 30 gün saxlanılır və bu müddət bitdikdə pozulur.




08/07/11    Çap et