Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

MSK sosial şəbəkələrdəki fəaliyyətini genişləndirir


Mərkəzi Seçki Komissiyası sosial şəbəkələrdə fəaliyyətini genişləndirib. Komissiya artıq «Facebook» sosial şəbəkəsində də rəsmi səhifəsini yaradıb. Bu barədə "İCTnews.az" elektron xəbər xidmətinə MSK-nin mətbuat xidmətinin rəhbəri Azər Sarıyev məlumat verib.

O bildirib ki, buna qədər MSK-nın «Tvitter» və digər sosial şəbəkələrdə də səhifələri olub: «Bütün bunlar da komissiyanın gördüyü işləri ictimailəşdirmək, onlarla bağlı daha çox insanı məlumatlandırmaq məqsədi daşıyır.

Sosial şəbəkələr vasitəsi ilə insanlar təkcə MSK-nın gördüyi işlərdən məlumatlı olmayacaq, eyni zamanda bununla bağlı öz fikirlərini də qeyd edə biləcəklər».

A.Sarıyev onu da əlavə edib ki, MSK seçkilər yaxınlaşdıqca əlavə elektron xidmətlər də yarada bilər: «Biz düşünürük ki, seçkilər yaxınlaşdıqca bir sıra İKT yenilikləri edə bilərik».

SEYMUR





17/05/12    Çap et