Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Ali təhsil almaq ömrü uzadır


İnsanın ömür müddəti bilavasitə onun təhsil səviyyəsilə bağlıdır.  Milli statistika mərkəzinin tədqiqat nəticələrinə görə, kollec və universitet məzunları aşağı təhsilə malik vətəndaşlardan orta hesabla 9 il daha çox yaşayırlar.

“İCTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, alimlər müəyyənləşdiriblər ki, ABŞ-da ali təhsilə malik olmayan kişilər arasında orta ömür müddəti 72 yaşa bərabərdir. Ali təhsilə malik olanlar arasında orta ömür müddəti isə 81 yaş təşkil edir. Qadınlar arasında bu nisbət 77 və 85 yaş təşkil edir.

Tədqiqatın müəllifləri qeyd ediblər ki, ali təhsilli insanlar şəxsi sağlamlıqlarının qayğısına necə qalmağı daha yaxşı bilirlər.






 
EMİL





17/05/12    Çap et