Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Memristor əsasında qurğuların istehsalı reallaşır


Tədqiqatçılar qrupu prinsipial olaraq yeni kompyuter yaddaşının yaradılmasına yol açan yeni texnologiya haqqında məlumat veriblər. "Memristor" adlı qurğunun nəzəri həlli çoxdan hazır idi, lakin onu təcrübədə tətbiq etmək yalnız bu yaxınlarda mümkün olub.

"İCTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, hazırda Avropa tədqiqatçıları bildiriblər ki,  onlar memristoru daha ucuz üsulla istehsal etmək prosesini öyrəniblər.
Memristorun ilk işlək prototipi hələ 2008-ci ildə təqdim edilmişdi. Memristor adı ingilis sözü olan “memory” və “resistor”dan yaranıb.

Bu komponentin müqaviməti ondan hansı gərginliyin keçməsindən asılı olaraq dəyişir. Həm də memristor öz elektron vəziyyətini ondan elektrik cərəyanı keçmədikdə belə saxlayır.

Mühəndislər qeyd ediblər ki, memristor əsasında hazırlanan  yaddaşın sürəti müasir “DRAM” yaddaş və enerjidən asılı fləş-yaddaşın sürəti qədər ola bilər. Beləliklə, yeni yaddaş hər iki yaddaş növünü əvəz edə bilər.

London Universitet Kollecində çalışan Antoni Kenyonun sözlərinə  görə, hazırda tədqiqatçılar memristoru real qurğularda tətbiq etmək üzərində çalışırlar.
 
EMİL





19/05/12    Çap et