Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiyalılar həlqəvi günəş tutulmasının şahidi olub


Bu hadisə Tokio şəhərində səhər saat 7-də qeydə alınıb.Yaponiyanın təxminən 80 milyon sakini nadir həlqəvi günəş tutulmasının şahidi olublar.

“İCTnews.az” elektron xəbər xidməti “kp.ru” saytına istinadən bildirir ki, bundan əvvəl belə təbiət hadisəsi 932 il əvvəl müşahidə edilib. Tokio şəhərində həlqəvi günəş tutulması yerli vaxtla saat  07:32-də qeydə alınıb.

Ölkənin digər rayonlarında hava buludlu idi. Lakin günəş tutulması zamanı buludlar dağılmış və insanlar nadir təbiət hadisəsini görə biliblər.






EMİL





21/05/12    Çap et