Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2016-cı ilədək mobil trafikin həcmi 10 dəfə artacaq


"İnforma Telecoms and Media" şirkətinin məlumatına əsasən, 2016-cı ilədək dünyada mobil trafikin həcmi 10 dəfədən çox artacaq. Şirkətin "Mobile Contents and Applications Forecasts" adlı  hesabatında verdiyi proqnoza görə, 2016-cı ilədək qlobal mobil trafikin həcmi 39,75 trilyon meqabayta qədər artacaq. Müqayisə üçün: 2011-ci ildə bu göstərici 3,89 trilyon meqabayta bərabər olub.

"İCTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, bununla belə mobil operatorların mənfəəti heç də eyni templə artmır. Əgər onların mənfəəti 2011-ci ildə 325,8 milyard dollar təşkil etmişdisə, o zaman 2016-cı ilədək 2 dəfə artaraq 627,5 milyard dollara bərabər olacaq.

İnternet-trafikin populyarlığı artmasına baxmayaraq, klassik "SMS" mövqeyini əldən verməyə hazırlaşmır. Əgər 2011-ci ildə abunəçi ay ərzində təxminən 118 mesaj göndərirdisə, o zaman 2016-cı ilədək bu göstərici 146 "SMS"-ə çatacaq.


 
EMİL





21/05/12    Çap et