Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“YouTube” videohostinqi 7 yaşını qeyd edir


“YouTube” videohostinqi 7 yaşını qeyd edir. Son illər bu sosial şəbəkəyə artan marağın nəticəsidir ki, istifadəçilər tərəfindən xidmətə yüklənilən videoların sayı il ərzində artıb. Bu barədə xidmətin sahibi olan “Google” şirkətinin rəsmi bloqunda yazılıb.

“İCTnews.az” elektron xəbər xidməti “digit.ru” saytına istinadən  bildirir ki, 2011-ci ildə istifadəçilər xidmətə hər dəqiqə 48 saatlıq  video yükləyiblər. Hazırda bu göstərici 72 saata bərabərdir.

Məlumat üçün bildirim ki, “YouTube” xidməti 2005-ci il mayın sonunda yaradılıb. Hazırda “YouTube“ videohostinqinə hər ay 800 milyon istifadəçi daxil olur və onlar ümumilikdə 3 milyard çarxa baxırlar.





 
EMİL





21/05/12    Çap et