Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyanın ən bahalı brendi məlum olub


“Apple” korporasiyası dünyanın ən qiymətli brendlərini müəyyən edən “BrandZ Top 100” reytinqində lider olub. “Apple” brendi ekspertlər tərəfindən 182.9 milyard dollar həcmində qiymətləndirilib. “Facebook” 33.2 milyard dollar göstərici ilə 19-cu  yerdə qərarlaşıb. İkinci və üçüncü yerlərdə müvafiq olaraq “IBM” (115,9 milyard dollar) və “Google” (107,8 milyard dollar) korporasiyaları yerləşib.

“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, reytinqdə ilk beşlikdə, həmçinin “McDonald's” (95,188 milyard dollar) və “Microsoft” (76,651 milyard dollar) brendləri qərarlaşıb.
 








EMİL





22/05/12    Çap et