Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Mini-kompyuter fotokamera ilə təchiz olunacaq


“Frontier Developments” şirkəti ucuz və kiçik ölçülü “Raspberry Pi” kompyuterini kamera modulu ilə təchiz edəcək.

“İCTnews.az” elektron xəbər xidməti “compulenta.ru” saytına istinadən bildirir ki, hazırda layihə iştirakçıları 14 meqapiksel matrisli kiçicik modulu sınaqdan keçirirlər. Modulu əsas lövhəyə  birləşdirmək üçün elastik şleyfdən istifadə etmək planlaşdırılır.

Fotokameraya malik “Raspberry Pi” mini-kompyuterinin müxtəlif eksperimental avtomatlaşdırılmış sistemlərdə tətbiq ediləcəyi gözlənilir.



 
EMİL





22/05/12    Çap et