Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Yahoo” internet-şirkəti veb-səyyah istifadəyə verib


“Yahoo” internet-şirkəti “Axis”  adlı veb-səyyahını istifadəyə verib. Şirkətin nümayəndələri bildiriblər ki, “Axis” digər veb-səyyahlardan fərqli olaraq, internet məzmunu daha rahat və vizual formatda əks etdirməyə imkan yaradır.

“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Axis” veb-səyyahının birinci versiyası dünən axşam “Apple App Store” onlayn mağazasında yerləşdirilib. Təsvirə əsasən, mobil tətbiq hələ ki yalnız “iPhone”, “iPad” və “iPod Touch” üçün nəzərdə tutulub.

Bundan əlavə, “Axis” veb-səyyahını kompyuterə də quraşdırmaq olar, lakin “Axis” kompyuterdə daha çox rəqib veb-səyyahların üzərindən işləyən plaqin rolunu yerinə yetirir. Şirkətin nümayəndələri bildiriblər ki, “Axis” veb-səyyahının, həmçinin “Android” platforması üçün versiyasını istifadəyə verməyə hazırlaşırlar.

“Axis” veb-səyyahının əsas xüsusiyyəti cari səhifəyə baxa-baxa axtarış aparmaq imkanıdır. Sorğunu xüsusi pəncərəyə daxil etdikdə açılmış internet səhifəyə baxmağa mane olmayan axtarış nəticələrindən ibarət panel açılır.

EMİL





24/05/12    Çap et