Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” öz foto əlavəsini təqdim edib


"Facebook" sosial şəbəkəsi mayın 24-də "iOS" platforması ilə işləyən mobil qurğular üçün şəxsi foto əlavəsini təqdim edib.

"İCTnews.az" elektron xəbər xidməti "lenta.ru" saytına istinadən  bildirir ki, "iPhone" smartfonu üçün nəzərdə tutulmuş "Facebook Camera" əlavəsi foto çəkmək, onlara filtr tətbiq etmək və fotoları "Facebook" sosial şəbəkəsində yüksək təsvir ölçüsündə dərc etmək imkanı yaradır.

Dostlar tərəfindən dərc olunan bütün fotolar istifadəçinin lentində əks olunur. Dostların dərc etdikləri fotoları bəyənmək, onlara şərh yazmaq olar, lakin smartfonda saxlamaq olmaz.






EMİL




25/05/12    Çap et