Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” internet şirkəti 1 ay ərzində 1 milyondan çox istinad silib


“Google” internet şirkəti keçən ay ərzində axtarış nəticələrindən  təxminən 1,2 milyon istinad silib. Axtarış nəticələri “Microsoft” və “Universal” kimi şirkətlərin müəllif hüquqlarının pozulması ilə bağlı  şikayətlərinə cavab olaraq silinib.

“İCTnews.az” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki, axtarış sistemindən hər həftə orta hesabla 250 min istinad silinir. Bu barədə şirkətin rəsmi bloqunda yazılıb. "Pirat" istinadların silinməsi ilə bağlı daxil olan sorğuların əksəriyyəti qanunidir,- “Google” şirkətinin müəllif hüquqları üzrə baş hüquqşünası Fred fon Loman bildirib.

Onun sözlərinə görə, şikayətlər əsasən proqram və filmlərin  lisenziyasız surətlərini yayan saytlara aiddir. Sorğunun emalı və istinadın silinməsinə orta hesabla 11 saat vaxt tələb olunur.
 


EMİL





25/05/12    Çap et