Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yerli internet şirkəti modemləri pulsuz çatdıracaq


“Sazz 4G” internet şirkəti simsiz internetə girişi təmin edən modemlərinin pulsuz çatdırılma xidmətini təklif edir. İndi “Sazz” internetə qoşulmaq üçün müştəri xidmətləri ofisini ziyarət etməyə də bilərsiz. Bunun üçün “191”-ə zəng edib sifariş vermək kifayətdir. Çatdırılma, quraşdırılma və qeydiyyat pulsuzdur.

Xatırladaq ki, “Sazz” internet limitsiz simsiz genişzolaqlı internet xidmətini Bakı, Sumqayıt və Xırdalan şəhərlərində, eləcə də Abşeron yarımadasının bir çox bağ qəsəbələrində təqdim edir.

“Sazz” internet xidmətləri və keçirilən aksiyalar haqqında daha ətraflı məlumatı “ www.sazz.az ” saytından və ya hər gün 24 saat fəaliyyət göstərən 191 nömrəli “Sazz” telefon xidmətindən əldə etmək olar.




RƏVAN




29/05/12    Çap et