Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Federal Təhqiqatlar Bürosu istifadəçiləri izləyən mərkəz açıb


ABŞ-ın Federal Təhqiqatlar Bürosu Milli rabitə mərkəzi yaradıb. Yeni mərkəzin əsas vəzifəsi internet-trafik və “VoIP” bağlantıların  ələ keçirilməsi daxil olmaqla, vətəndaşları izləmək üçün yeni üsullar hazırlamaq olacaq.

“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, yeni mərkəz Kuantiko şəhərində yerləşir və artıq Silikon vadisinin oxşarı hesab edilir.

Yeni struktur ilk növbədə "kölgəyə çəkilərək" proqramı ilə məşğul olacaq. FTB (Federal Təhqiqatlar Bürosu) proqram çərçivəsində  sosial şəbəkələr, elektron poçt və “VoIP” xidmətləri ilə əməkdaşlıq yaradacaq, həmçinin nəzarət həyata keçirəcək. ABŞ Senatı bu proqrama 54 milyon dollar həcmində vəsait ayırıb.
 




EMİL





29/05/12    Çap et