Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

O, 5 il ərzində Yaxın Şərqdəki kompyuterlərdən məlumatları oğurlayırmış


Kompyuter təhlükəsizliyi sahəsində çalışan ekspertlər bildiriblər ki, təxminən 5 il ərzində Yaxın Şərqdəki kompyuterlərdən məxfi informasiyaları toplayan ziyanverici proqramı aşkar ediblər.

“İCTnews.az” elektron xəbər xidməti “infox.ru” saytına istinadən  bildirir ki, Rusiyanın "Kasperski Laboratoriyası" şirkətinin nümayəndəsinin verdiyi məlumata əsasən, “Flame” adlı kompyuter virusu məlumatları mümkün olan bütün üsullardan istifadə etməklə oğurlayıb.

Ekspert Vitali Kamlyuk bildirib ki, "soxulcan" özəl, ticarət və hökumət sistemlərinə hücum edib. Hücum edilmiş ölkələr sırasında İran, İsrail, Sudan, Suriya, Livan, Səudiyyə Ərəbistanı və Misir var. Ekspertin sözlərinə görə, bu virusun strukturunun mürəkkəbliyi və ölçüsü onun hansısa hökumətin tapşırığı əsasında  hazırlanması fikri yaradır.



 
EMİL





29/05/12    Çap et