Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hepatit B xəstələri internetlə müalicə olunacaq


"Hepatit B üçün xəstələr və sağlamlıq işçiləri əl-ələ" (PATH B) proqramı hazırlanıb. Bu proqramın məqsədi müalicə zamanı qarşılaşacaqları problemləri aşa bilmələri üçün xəstələrin məlumatlandırılmasıdır.

"İCTnews" elektron xəbər xidmətinin məlumatına görə, "Patients and Professionals Acting Together for Hepatitis B" proqramının türk versiyası Türkiyədə təşkil edilən Avropa Qaraciyər Xəstəliklərini Araşdırma Dərnəyinin (EASL) illik yığıncağında ictimaiyyətə təqdim edilib. Xəstə haqları qruplarından nümayəndələrin və Avropanın qabaqda gələn hepatoloji mütəxəssislərinin iştirak etdiyi bir beynəlxalq məsləhətləşmə təşkilatı tərəfindən inkişaf etdirilən "PATH B" proqramı, Dünya Hepatit Birliyi (WHA) və Avropa Qaraciyər Xəstələri Dərnəyi (ELPA) tərəfindən təlimatçı bir xidmət olaraq təqdim edilir.

Proqram Hepatit B diaqnozu qoyulan xəstələr üçün əhatəli və etibarlı məlumatlar təqdim edir, xəstələrə ehtiyac duyduqları məlumat, güc və təchizatı təmin etməyə köməkçi olur. "PATH B" proqramı xəstə mərkəzli bir qaynaq olduğundan, xəstələrə müalicə variantlarının hər mərhələsi və ölçüsündə rəhbərlik edəcək.

Məlumat üçün bildirək ki, "PATH B" xəstələrin internet əlaqəsini tələb etmədən materiallara çatmaq üçün bir internet saytının bütün imkanlarından faydalanmalarını təmin edəcək interaktiv bir "PDF" sənədidir.

Hepatit B xəstələrinə interaktiv məlumatlandırmada edilə biləcək "PATH B" ilə xəstələr qeydlərini, test nəticələrini, tibbi görüşlərini yaza bilir, hər hansı bir xəstəliklərini ya da müalicə ilə əlaqədar qarşılaşdıqları problemləri qeyd edə bilirlər. Bu vasitə, xəstələrin müalicə müddətlərini anlamalarına kömək edərək müalicəyə uyğunlaşma təmin etmələrini asanlaşdırmağı məqsəd qoyur.

Proqram xəstələr üçün inkişaf etdirilmiş olmaqla birlikdə, həkimlərin xəstələri ilə xəstəliyin irəliləyişi, müalicə, müalicəyə uyğunlaşma və tutarlılığın əhəmiyyəti mövzusunda dialoq qurmalarına imkan təmin edir. "PATH B" təhsil qaynağının türkcə və ingiliscə versiyasının " www.pathb.gen.tr " və " www.pathb.com " internet ünvanlarından endirilməsi mümkündür.

SEYMUR





29/05/12    Çap et