Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” proqram təminatı istehsalçısını satın almağa hazırlaşır


İsrailin “Calcalist” nəşrinin məlumatına görə, dünyanın ən böyük sosial şəbəkəsi olan “Facebook” bazara fotoşəkillərdə üzlərin avtomatik tanınması texnologiyasını tədarük edən İsrailin “Face.com” texnologiya startapını satın almağı planlaşdırır. Qeyri-rəsmi informasiyaya görə, sazişin qiyməti 80-100 milyon dollar təşkil edə bilər.

“İCTnews.az” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “Face.com” şirkətinin əsası 2007-ci ildə qoyulub və o vaxtdan bəri fotoşəkillərdə üzlərin tanınması üçün proqram təminatının müstəqil tədarükçüsü hesab edilir.
 





EMİL





29/05/12    Çap et