Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Qadınlar sosial şəbəkələrdə kişilərdən iki dəfə daha aktivdirlər


Britaniyanın “BT Group” adlı telekommunikasiya şirkətinin 2 min insan arasında keçirdiyi sorğunun nəticəsinə əsasən, qadınların  “Facebook” və “Twitter” kimi xidmətlərin ən aktiv istifadəçiləri olmaları məlum olub.

“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, keçirilmiş sorğunun nəticəsinə əsasən, zəif cinsin nümayəndələrinin yarısından çoxu müntəzəm olaraq sosial şəbəkələrdə əlaqə saxlayırlar, bu göstərici kişilər arasında isə 34 faiz təşkil edir.

Tədqiqat nəticəsində, həmçinin məlum olub ki, qadınların 9 faizi  onlayn oyunlara (bu göstərici kişilər arasında 8 faiz təşkil edir) üstünlük verir; “Flickr”, “YouTube” və “Vimeo” kimi xidmətlər əksinə, kişilər arasında daha populyardır.

Əldə olunmuş məlumatlara əsasən qeyd etmək olar ki, qadınlar internetdən daha çox hansısa informasiyanı axtarmaq, kişilər isə təhsil və dünyagörüşünün artırılması üçün istifadə etməyə üstünlük verirlər.
 
EMİL





29/05/12    Çap et