Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple”-ın baş dizayneri İT sənayesində ən nüfuzlu şəxs adlanıb


“Wired” jurnalının versiyasına görə, “Apple” korporasiyasının baş dizayneri Conatan Ayv Britaniyanın İT sənayesində ən nüfuzlu şəxslərin reytinqində birinci yerdə qərarlaşıb. Ayv 2011-ci illə  müqayisədə 6 mövqe irəliləyib.

“İCTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, reytinqin tam versiyası “Wired” jurnalının iyul nömrəsində dərc ediləcək. Bundan əlavə, 2012-ci ilin oktyabrında Londonda “Wired 2012” konfransı çərçivəsində reytinq iştirakçılarının görüşü planlaşdırılıb.







 
EMİL





30/05/12    Çap et